Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.

Xocalı deyiləndə əsirlik, əsirlik deyiləndə Dürdanə yada düşür. Əvvəl təkcə rabitəçi kimi tanınan Dürdanə. Kaş elə təkcə rabitəçi kimi tanınardı. Heç tanınmazdı da. Sadəcə gündəlik həyatını yaşayardı, sevərdi, evlənərdi, ərinə qayğı göstərərdi, uşağını saxlayardı, qayğıkeş ev qadını olardı. Kaş... Qayğıkeş oldu amma ev qadını kimi yox, EL QADINI kimi.
Bir elin yükü var Dürdanə Ağayevada. 8 günlük tam fərqli, unudulmaz həyatı yalnız bal ayına gedəndə yaşamağı arzu edə bilərdik. Amma 8 gün əsirlikdə Dürdanənin həyatı zəhər oldu. 1 yaş fərqi olan Elşad adlı qardaşı ilə ata ocağında o qədər birgə oynamışdılar ki. Bəlkə elə buna görə də dığa əsir götürəndə onları ayırmadı. Hər ikisini bir əsir aldı
Hər ikisinə bir işgəncə verdi. Qardaşı bacısının əxlaqı üçün yandı, bacı qardaşın qeyrətini düşündü. Bədəni nə işgəncələr, nə zülmlər gördü. Əli qapı arasında qaldı, başını unitaza bağladılar, lüt vannada saxladılar, zəncirlə döydülər. Heç birisi başına gələn, ruhuna təcavüz olunan anda dişini sıxmaq, divarın o üzündəki qardaşı səsini eşitməsin deyə paltarını çeynəmək qədər ağır olmadı. Azərbaycan qadını ədəb ərkanla ər evinə gedəndə aylarla ata - qardaş üzünə rahat çıxa bilmir, o ki qala divarın bu tayında əsirlikdə qalan tək qadının Dürdanə olduğu bilinə, çıxan səs də ona məxsus ola. Dürdanə hissini boğsun, hirsini boğsun, səsini boğsun, ya elə hamısından yaxa qurtarıb özünümü boğsun? Ən çətinini elədi, elə səsini boğdu.
Dığa Dürdanədən evlərinin yerini soruşur, öyrənir. Öz vətənində əsir olan qız böyüyüb boya-başa çatdığı evə gətirilir. Üstü yanmış, 12 pilləkənin 3-4 pilləkəni qalmış evə. Dığa zənciri götürüb Dürdanəni öz həyətində döyür, bilirsiniz hansı həyətində? Öz evinin həyətində, qala adlandırdığı evinin həyətində atası-qardaşı arxa - dayağı həmişə gördüyü həyətində? Dürdanə döyülməyin yox, yiyəsizliyin ağrısını yaşayır. Hər şeydən qoruyan ev bu gün onu müdafiə edə bilmədi. Bəlkə də o həyətdə sonuncu dəfə uşaqkən oynayanda yıxılıb dizi qanayanda ağlamışdı. İndi ruhu qanayır, düşmən önündədi deyə ağlaya da bilmir.
Amma hər qızın ağ gəlinlik, o gəllinlikdə ata evindən çıxmaq arzusu olur. Dürdanə bu arzusunu arzusu əlindən alınandan sonra daha çox anladı, həmin pilləkənlərdən anasının müşayiəti ilə gəlinliklə düşdüyünü xatırladı. O xatırladıqca düşmən zəncirlə bədəninə vururdu. Ruhu zədələnmiş insan cismin zədəsindən sarsılmaz ki. O gəlinlik bu qızın haqqı idi, namus, paklıq, bakirəlik haqqı. Bu haqqı ondan alanlara lənət olsun...
Abırından başına gələnləri hamıya rahat danışmaz, hətta yazdığı kitabına belə etibar etməz. Tək onu əsir qadın kimi yox, qəhrəman qadın kimi sevib-seçən ömrü gödək İlhamdan başqa.
Ana bir əsər yaza, kitab ərsəyə gətirə, heç övladından gizləyərmi? Amma Dürdanə gizlədi, məcbur oldu, utanmalı olmasa belə utandı. Vaxtı gələndə oxumağına icazə verəcəyini dedi. Amma bəlkə də o vaxt gəlib, qızı yazını çoxdan oxuyub, anasına yansa da bu qədər şücaəti üçün onunla fəxr edib.Çünki əsirlikdə qadınlığı alınan qurban hesab olunur, əxlaqsız yox. Əsirlikdə belə abrını qorudun, abrına qısıldın. Azad qadınlar hamısı sənin kimi əsir qadınların qarşısında borcludur. Hamımız sənin ismətinə borcluyuq. Çünki sən əsirlikdən ruhu bakirə qayıdan qadın oldun. Bu paklığın o qədər üstündür ki, buna layiq nə ağappaq gəlinlik, nə də bərabər olacaq al qırmızı bağ var. Taleyinin başlanğıcı sənə qara gəlməsin, üzün həmişə ağdır.
Ey gənclər biz bu gün abırlı, əxlaqlı olmaq üçün məcburuq. Çünki erməni əlində, əsirlikdə min bir işgəncəyə məruz qalıb, son mübarizəsinə kimi cəhd edən qadınların bizə əmanətidir namus, namusların qorunması üçün canından keçən oğulların qeyrətidir bu qeyrət. Əsirlikdə qorunan namusu, qeyrəti, azadlıqda itirmək olarmı?


Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ


1 nəfər bunu bəyənir.
İlk şərh yazan siz olun.Bu məqalə 6442450941 dəfə oxunub.

ŞƏRHLƏR

Şərh yaza bilmək üçün hesabınıza daxil olmalısınız.
ƏLAQƏLİ MƏQALƏLƏR

LİNKLƏR

DƏRSLİK
ŞƏKİL
MUSİQİ
MARAQLI


SON MƏQALƏLƏR

Rəssam qınanır?!
Dərc edilib: 22:06:11 22/01/2014
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qonşudan qız almaram.
Dərc edilib: 11:53:18 21/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Natamamlıq kompleksi
Dərc edilib: 15:04:34 05/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

İslam "Qərb"ə qarşı və ya əxlaqla əxlaqsızlığın savaşı
Dərc edilib: 10:53:54 12/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: SİYASİ

Adnan Menderes
Dərc edilib: 19:24:58 18/02/2013
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Nizami simfoniyası
Dərc edilib: 16:22:59 18/12/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT


ƏN ÇOX OXUNANLAR


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Kim-kimə pul "atıb"?
Dərc edilib: 23:33:13 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: MARAQ və MƏNTİQ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Arif Məlikov
Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

KATEQORİYALAR

MƏDƏNİYYƏT
SOSİAL-İCTİMAİ
TARİX
ƏDƏBİYYAT
MARAQ və MƏNTİQ
İBRƏTAMİZ
FƏLSƏFİ
MÜHARİBƏ
SİYASİ
YUMOR


SON SORĞULAR

İnternetdən daha çox nə üçün istifadə edirsiniz?

Dərc edilib: 18:34:33 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 3


Ən çox hansı filmlərə baxırsınız?

Dərc edilib: 12:55:40 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 2


Azərbaycanda ali təhsilin səviyyəsi necədir?

Dərc edilib: 12:38:35 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


Hansı sahədə işləməklə Azərbaycanda normal həyat sürmək olar?

Dərc edilib: 19:47:06 29/05/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


ƏN ÇOX BƏYƏNİLƏNLƏR

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Emin Sabit oğlu Mahmudov
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Arif Məlikov
Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT

Kim-kimə pul "atıb"?
Dərc edilib: 23:33:13 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: MARAQ və MƏNTİQ