Alın yazısı

Hər bir dünyaya gələn fərd müəyyən müddət yaşadıqdan sonra dünyadan köçür. Ömür adlanan bu müddət körpəlikdən qocalığa kimi bir çox dövrləri əhatə edir. Əlbəttə ki, bu heç də hər zaman belə olmur.
Nəysə, məqsədim nəyin necə olmadığını açıqlamaq deyil. Onsuz da, olmayanları düşünə-düşünə olanları unuduruq. Məhz olanların nədən ibarət olduğunu anlamaq üçün onların üzərində dayanmaq lazımdır. Elə-belə fəaliyyətsiz dayanmaq yox, məqsədli şəkildə, düşünərək dayanmaq lazımdır. Elə isə, qayıdaq ömür məsələsinə.
Hərə ömrünü bir cür sürür. Kimi onu elm yolunda sərf edir, kimi hərb yolunda, kimi isə cinayət yolunda. Bir sözlə, hərənin öz ömür yolu var. Bu yollardan bəziləri doğru, bəziləri isə doğru olmayan yollardır. Əlbəttə ki, hər kəs üçün öz seçdiyi yol doğru yol kimi görünür. Amma elə ki, böyük əksəriyyət üçün doğru olaraq qəbul olunmayan bir yolun yolçusuna nə üçün bu yolu seçdiyini soruşursan, cavab əksər hallarda eyni olur: “qismətim belə imiş”. Bəs görəsən, “qismət” nədir?
Qismət haqqında heç də hər kəsin fikri eyni deyildir. Bəlkə də, heç qismətin nə olduğunu bilmirik, amma onun varlığına böyük əksəriyyət inanır. İnanmağın da öz real səbəbləri var; bəzən, insan elə ağlasığmaz, məntiqdən kənar işlər görür ki, buna, nəinki, ətrafdakılar, hətta, özü belə məəttəl qalır. Yaxud da, çox böyük bir sıxıntıda olan insanın gözlənilmədən həmin sıxıntıdan can qurtarması, hər cür imkana malik olan bir şəxsin qəflətən bütün imkanlarından məhrum olması da insanda təəccüb doğurur. Və ancaq belə məqamlarda insanın ağlına bir şey gəlir: “qismət”.
Qismət anlayışı bir çox hallarda “alın yazısı” anlayışı ilə eyniləşdirilir. Bəzən isə, “alın yazısı”nın bir hissəsi kimi izah edilir. Amma necə izah olunmasından və necə başa düşülməsindən asılı olmayaraq, nə qismət, nə də “alın yazısı” anlayışı dünyəvi elmlərin heç birində özünə yer tapmır. Beləliklə, “kölgədə qalmış” bu anlayışlar elm dünyasında yox kimi qəbul edilir. Lakin istər elm adamı ol, istərsə də din adamı yaxud da bir ateist elə ki, ömür başa çatdı xalqının sitayiş etdiyi dinin qaydalarına uyğun olaraq bir məclis qurular və nəşin ya basdırılar, ya yandırılar, ya da hər hansı bir başqa üsulla yaşadığın yerdən kənarlaşdırılar.
Məhz belə məclislərin idarəsi din xadimlərinə tapşırılar və onlar da qismətdən, alın yazıdan bəhs etməklə bu anlayışları məhv olmaqdan xilas edərlər. Belə məclislərdə bəzən dini debatlar aparılar, əksər hallarda isə, hərə öz bildiyində qalar. Səbəb isə, çox zaman din xadiminin dünyəvi elmlərdən uzaq biri olması, bəzən isə, ümumiyyətlə, dini belə doğru-düzgün bilməməsidir. Nəysə, məqsədimizdən çox da uzaqlaşmadan bu məslislərdən bir dialoqa diqqət yetirək.
Bir nəfər deyir: “Alın yazısı var?”
Digəri buyurur: “Var”
Birinci deyir: “Alın yazısı varsa, deməli mənim gördüyüm iş, sürdüyüm həyat tərzi mənim alın yazımdır”
İkinci təsdiqləyir: “Bəli, elədir”
Birinci deyir: “Bəs, mənim gördüyüm iş pis işdirsə, mən günahkaram?”
İkinci təsdiqləyir: “Bəli, pis əməl törədənlər günahkarlardırlar. Günahkarların yeri isə Cəhənnəmdir”
Birinci deyir: “Cəhənnəm gördüyüm pis işə görə cəza çəkəcəyim yerdir?”
İkinci bildirir: “Bəli. Amma yaxşı iş görsən, mükafat olaraq Cənnətə gedərsən”
Birinci deyir: “Əgər pis iş görmək alın yazımdırsa, onda Cəhənnəmə getmək də alın yazım olur. Belə çıxır ki, Cənnətə getmək üçün çalışmaq lazım deyil, onsuz da alın yazımda varsa, Cənnətə gedəcəyəm”
İkinci bildirir: “Yox, alın yazısı var, amma iradə azaddır: Sən pis iş görmə, xeyirxahlıq et yerin də Cənnət olsun”
Birinci ürəyində deyir: “Əgər yaxşı və ya pis iş görmək mənim əlimdədirsə, deməli, alın yazıya ehtiyac yoxdur, yox əgər alın yazı varsa, yaxşı və ya pis iş görməyim məndən asılı deyil. Bu ki, paradoksdur. Mən yenə də çaş-baş qaldım.”
Əlbəttə ki, dialoq tam olaraq eyni olmaya bilər, amma məzmun dəyişməz olaraq qalır.
Bəs, “alın yazısı” anlayışının izahını mürəkkəbləşdirən, onu bizim üçün dolaşıq edən nədir? Bu sualın cavabı bir şey ola bilər: “bizim alın yazısına yanaşma tərzimiz”. “Alın yazısı” dedikdə bizim həyatımızın başlanğıcından sonuna kimi hər bir anını əhatə edən bir ssenari təsəvvür etmək, nəinki, “alın yazısı” anlayışını cılızlaşdırar, həmçinin, həyatımızın mənazsız bir roldan ibarət olduğunu, bizim isə həmin rola aludə olmuş peşəkar bir aktyor olduğumuzu düşünməyimizə səbəb olar. Bu zaman iradə azadlığımız aradan qalxmış, istək ümidlərimiz standartlaşmış olar. Lakin bu elə deyil...
“Alın yazısı” əslində yaradıcımız olan Allah-təalanın qoyduğu bütöv bir kainatın idarə olunmasını həyata keçirən qayda və qanunlardan ibarət toplunun bir parçasıdır. “Alın yazısı” sadəcə olaraq bir insanın ömrü ilə əlaqəli olmayıb, həmin fərdin daxil olduğu ailənin, tayfanın, xalqın, millətin, bəşəriyyətin, dünyanın, qalaktikaların taleyini müəyyənləşdirən çox mürəkkəb və hərtərəfli, daimi nəzarətdə saxlanan mükəmməl bir alqoritmdir. Bu elə bir alqoritmdir ki, kainatın “o başında” olan bir ulduzda baş verən kiçik bir dəyişiklik dünyadakı bir insanın həyatında əks oluna bilir. Bu alqoritmdə insan heç də əvvəlcədən proqramlaşdırılmış bir robot kimi çıxış etmir. Əksinə ruh bədənimiz üçün çəkilmiş yolda onun sərbəst idarəedicisi kimi çıxış edir. Yəni iradə azadlığı var. Addımlarımızın nəticəsi Haqq dərgahında əvvəlcədən bəllidir, lakin hansı addımı atacağımızı ruhumuz təyin edir. Unutmalı deyilik ki, dünya sınaq meydanıdır, ruhumuz bu meydana heç nədən xəbərsiz göndərilir. Bir bədənin idarəsi ruhumuza həvalə edilir. Ruhumuz bu bədənin fiziki imkanları çərçivəsində dünyanı qavrayır. Ruhumuz ancaq bu bədənin duyğu orqanları vasitəsilə ətrafdan informasiyaları alır. Odur ki, bədən ruhumuza dünyanı kəşf etmək üçün bir kosmik gəmi də ola bilər, bir dar qəfəs də.
Bəzən körpə bir uşağın ölməsi “bunun alın yazısı niyə belə yazılıb?” kimi əsassız bir sual doğurur. “Alın yazısı” elə bir şey deyil ki, burada bu körpə indi mütləq ölməlidir deyə bir şərt olsun. Hər hansı bir insanın yaşaması üçün müəyyən şərtlər var. O şərtlər ödənmədikdə insan ölür. Bunu bizə elm sübut edib. Lakin elm ardıcıl “niyə”lər qarşısında acizdir. Çünki elm Allahın qoyduğu qanunların müəyyən bir hissəsini aşkar edib, bu qanunları hərtərəfli öyrənmək, hələ ki, insanlara qismət olmamışdır. Odur ki, yarımçıq nəzəriyyələrlə bu mürəkkəb, kompleks sistemi izah etməyin çətinliyini dərk edən bir çox elm adamları onu sadəcə, görməzdən gəlirlər.
Ömrümüzün elə məqamları var ki, həmin məqamlar ölmək və ya sağ qalmağın seçim anıdır - necə ki, alqoritmin hansı istiqamətdə davam edəcəyi müəyyən şərtlərə bağlı olur. Bu məqam daha çox başqaları ilə qarşlıqlı təsir zamanı, tale yollarının kəsişdiyi anlardır. Məhz bu məqamlar “alın yazısı”nın təkcə bir fərd üçün nəzərdə tutulmadığını, bir nəfərin “alın yazısı”nın başqa birinin “alın yazısı” ilə əlaqəli olduğunu göstərir; cinayətkar ilə cinayət qurbanının “alın yazıları” arasındakı əlaqə kimi və ya bir liderin “alın yazısı”nın onun başçılıq etdiyi cəmiyyətin “alın yazısı” ilə əlaqəli olduğu kimi.
Bəzən iki dost bir-birinin yanından keçir və bir-birini görmür. Bir şeyi başqaları axtarır tapa bilmir amma sən axtarmadan tapırsan. Səndən başqa hərkəsin öldüyü bir qəzadan sən sağ çıxırsan. Yaxud da, söhbət etdiyin yerdə qəflətən ölürsən. Bunlar bizim “alın yazımız”dır. Elm isə, buna təsadüf deyir. Bir çox elm adamları isə təsadüfə inanırlar, “alın yazısı”na yox. Halbuki, təsadüfün səbəbi yoxdur, amma “alın yazısı”nın var. Hətta deyə bilərik ki, “alın yazısı” “təsadüf”lərin səbəbidir.
“Alın yazısı”nı bir elmi nəzəriyyə ilə izah etmək çox çətindir. Çünki elmi nəzəriyyələr ancaq həmin nəzəriyyə üçün əhəmiyyətli olan amilləri nəzərə almaqla, digər təsirlərin olmadığı bir modeli seçib, bununla öz doğruluğunu isbat edir. “Alın yazısı” isə mürəkkəb bir kompleks olduğundan onu izah etmək üçün universal bir nəzəriyyəyə ehtiyac var. Elə bir nəzəriyyə ki, “Big bang”, “Təkamül”, “Nisbilik”, “Qeyri-müəyyənlik” və digər nəzəriyyələri vahid zəncirdə birləşdirə bilsin. Məhz bu halda “alın yazısı”na düzgün elmi qiymət verilə bilər. Unutmayaq ki, Allahın yaratdığı hər şey yalnız Allahın müəyyənləşdirdiyi qanunlar əsasında mövcudluğunu saxlayır. Bu qanunlar isə pərakəndə halda deyillər, onlar bir bütövün qarşılıqlı əlaqədə olan ayrı-ayrı hissələridirlər. Bədənin hər hansı bir üzvü bədəndən ayrılıqda nə funksiyanı icra edirsə, bir-birindən təcrid edilmiş qanunlar da yaradılışı və mövcudiyyəti izah etmək yolunda həmin funksiyanı yerinə yetirirlər.


Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ


İlk bəyənən siz olun.
İlk şərh yazan siz olun.Bu məqalə 12884901882 dəfə oxunub.

ŞƏRHLƏR

Şərh yaza bilmək üçün hesabınıza daxil olmalısınız.
ƏLAQƏLİ MƏQALƏLƏR

Məhəbbət ağacı

Əgər könül bağçadırsa, bu bağçanın ən gözəl ağacı yəqin ki, məhəbbət olar.

Davamını oxu...
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə

Qorxunun iki üzü

Qorxaq insanlara nifrət edirik, elə deyilmi? Bəs ehtiyatlılara?! Yəqin ki, yox.

Davamını oxu...
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə

Keyfiyyətlərimiz və həyat

Həyat insanın ilk növbədə sağ qalmaq, daha sonra isə daha yaxşı yaşamaq uğrunda mübarizəsidir.

Davamını oxu...
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə

LİNKLƏR

DƏRSLİK
ŞƏKİL
MUSİQİ
MARAQLI


SON MƏQALƏLƏR

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Rəssam qınanır?!
Dərc edilib: 22:06:11 22/01/2014
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qonşudan qız almaram.
Dərc edilib: 11:53:18 21/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Natamamlıq kompleksi
Dərc edilib: 15:04:34 05/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

İslam "Qərb"ə qarşı və ya əxlaqla əxlaqsızlığın savaşı
Dərc edilib: 10:53:54 12/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: SİYASİ

Adnan Menderes
Dərc edilib: 19:24:58 18/02/2013
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Nizami simfoniyası
Dərc edilib: 16:22:59 18/12/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT


ƏN ÇOX OXUNANLAR


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Kim-kimə pul "atıb"?
Dərc edilib: 23:33:13 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: MARAQ və MƏNTİQ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

KATEQORİYALAR

MƏDƏNİYYƏT
SOSİAL-İCTİMAİ
TARİX
ƏDƏBİYYAT
MARAQ və MƏNTİQ
İBRƏTAMİZ
FƏLSƏFİ
MÜHARİBƏ
SİYASİ
YUMOR


SON SORĞULAR

İnternetdən daha çox nə üçün istifadə edirsiniz?

Dərc edilib: 18:34:33 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 3


Ən çox hansı filmlərə baxırsınız?

Dərc edilib: 12:55:40 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 2


Azərbaycanda ali təhsilin səviyyəsi necədir?

Dərc edilib: 12:38:35 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


Hansı sahədə işləməklə Azərbaycanda normal həyat sürmək olar?

Dərc edilib: 19:47:06 29/05/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


ƏN ÇOX BƏYƏNİLƏNLƏR

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Emin Sabit oğlu Mahmudov
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Arif Məlikov
Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT