Arif Məlikov

Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13 də Bakıda anadan olub. 1958 ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirmişdir. 1965 ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb. 1971 ci ildə “Şərəf Nişanı” ordeni ilə təltif olunub.

1978 ci ildə isə Azərbaycan Respublikasının “xalq artisti” adına layiq görülüb. 1979 cu ildə professor adına layiq görülmüşdür. 1982 ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir. 1986 cı ildən Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1986 cı ildə “SSRİ xalq artisti” adına layiq görülüb. 1998 ci ildə “İstiqlal Ordeni” ilə təltif olunub. 2001 ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdir. Yaradıcılığı müxtəlif janrlarla əhatə olunur. Hisslərin poetik, romantik ifadəsi, musiqi dilinin zənginliyi və əlvanlığı musiqisinin xarakterik cəhətləridir.

"Məhəbbət əfsanəsi" baletinin, simfonik poemaların, altı simfoniyanın müəllifidir. Arif Məlikov müraciət etdiyi janrları, ilk növbədə, mövzu və obrazlar aləmi baxımından zənginləşdirmişdir. İlk baxışda, onun əsərlərində toxunulan mövzular da, bunları təcəssüm etdirən obrazlar da heç bir qeyri-adiliyi ilə seçilmir. Nağıl mövzusu və əfsanəvi obrazlar bəstəkarın həm balet yaradıcılığında (“Əlibaba və qırx quldur”), həm simfonik əsərlərində (“Nağıl” simfonik poeması), həm kamera yaradıcılığında əks etdirilmişdir; “Məhəbbət əfsanəsi”, “Iki qəlbin dastanı” baletləri, Ikinci, Dördüncü, Altıncı simfoniyalar, “Metamorfozlar” simfonik poemasında dramatik obrazların parlaq təcəssümünü görürük; Nazim Hikmətin sözlərinə bəstələnmiş romansların çoxu xəfif məhəbbət lirikası nümunəsidir.


Bütün bu rəngarəng obrazlar aləmini əks etdirən zaman bəstəkar əslində Xeyirlə Şərin mübarizəsi, məhəbbət, vətənpərvərlik, insansevərlik kimi əbədi mövzuları sanki müxtəlif rakurslarda öz bəstəkar baxışı ilə tutaraq, musiqi ifadə vasitələrinin köməyilə dinləyici üçün açır. Belə ki, Arif Məlikov nağılı da, gerçəkliyin aktual məsələlərini də, lirika dünyasını da müasir bəstəkar mövqeyindən əks etdirir; onun bütün əsərlərində biz öz müasirimizin münasibətini, onun düşüncə və duyğularını, hər birimizin mənəviyyatı və dünyagörüşünü formalaşdıran zəmanəmizin nəbzini, ritmini hiss edirik.


“…O, yenilik axtarır, lakin köhnə marşrutlara da yaxşı bələddir, axtarışa qapılır, lakin ənənələrin - ilk növbədə milli ənənələrin faydasını, varisliyin səmərəsini də yaddan çıxarmır” - vaxtilə Rodion Şedrinin böyük bəstəkarımız Qara Qarayev haqqında söylədiyi bu fikri onun tələbəsi Arif Məlikova da aid etmək olar. Doğrudan da XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir.

Lakin müəllimi Q.Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə – heç zaman möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır.


Vaxtilə təhsilini A.Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq, muğamların, xalq musiqisi nümunələrinin cövhərini qəlbinə hopduran Arif Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz musiqisində bu milli musiqi incilərinə yeni həyat vermişdir. Arif Məlikov həm də gözəl pedaqoqdur.

Arif Məlikovun pedaqoji fəaliyyətinin də əhəmiyyəti əslində daha geniş miqyasda – milli bəstəkarlıq sənətinin ümumi perspektivi baxımından qiymətləndirilməlidir. Belə ki, o, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri olmaqla Azərbaycanda bəstəkar yaradıcılığının inkişaf yolunu müəyyən etmək məsuliyyətini də daşıyır.


Bəstəkar, pedaqoq, vətəndaş kimi Üzeyir Hacıbəyli tərəfindən bünövrəsi qoyulmuş məktəbin ən gözəl ənənələrini yaşadan Arif Məlikovun yaradıcılığı vətənimizin, millətimizin mədəniyyəti tarixində bütöv bir mərhələdir. Və bu mərhələ kamil sənətkarın bu günki fəaliyyətilə davam edir; A.Məlikov bu gün də mədəniyyətimizin tərəqqisi uğrunda çalışaraq, XXI əsr musiqimizin salnaməsini yaradan sənətkarlar sırasında şərəfli bir yer tutur.


Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT


1 nəfər bunu bəyənir.
İlk şərh yazan siz olun.Bu məqalə 10737418235 dəfə oxunub.

ŞƏRHLƏR

Şərh yaza bilmək üçün hesabınıza daxil olmalısınız.
ƏLAQƏLİ MƏQALƏLƏR

Nizami simfoniyası

Dahi bəstəkar Fikrət Əmirovun ölməz Azərbaycan şairi Nizami Gəncəviyə həsr etmiş olduğu Nizami sinfoniyası haqqında.....

Davamını oxu...
Dərc edilib: 16:22:59 18/12/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

Emin Sabit oğlu Mahmudov

Böyük bəstəkar Emin Sabitoğlunun Azərbaycan musiqi tarixində rolu əvəzolunmazdır. Onun mahnı janrında yazdığı əsərlər dahi bəstəkara ölməzlik gətirmişdir.

Davamını oxu...
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

Flora Kərimova

Azərbaycanın ilk xalq artisti Flora Kərimovanın keçdiyi 70 illik mənalı maraqlı ömürə bir baxış.

Davamını oxu...
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

LİNKLƏR

DƏRSLİK
ŞƏKİL
MUSİQİ
MARAQLI


SON MƏQALƏLƏR

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Rəssam qınanır?!
Dərc edilib: 22:06:11 22/01/2014
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qonşudan qız almaram.
Dərc edilib: 11:53:18 21/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Natamamlıq kompleksi
Dərc edilib: 15:04:34 05/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

İslam "Qərb"ə qarşı və ya əxlaqla əxlaqsızlığın savaşı
Dərc edilib: 10:53:54 12/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: SİYASİ

Adnan Menderes
Dərc edilib: 19:24:58 18/02/2013
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Nizami simfoniyası
Dərc edilib: 16:22:59 18/12/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT


ƏN ÇOX OXUNANLAR


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Kim-kimə pul "atıb"?
Dərc edilib: 23:33:13 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: MARAQ və MƏNTİQ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

KATEQORİYALAR

MƏDƏNİYYƏT
SOSİAL-İCTİMAİ
TARİX
ƏDƏBİYYAT
MARAQ və MƏNTİQ
İBRƏTAMİZ
FƏLSƏFİ
MÜHARİBƏ
SİYASİ
YUMOR


SON SORĞULAR

İnternetdən daha çox nə üçün istifadə edirsiniz?

Dərc edilib: 18:34:33 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 3


Ən çox hansı filmlərə baxırsınız?

Dərc edilib: 12:55:40 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 2


Azərbaycanda ali təhsilin səviyyəsi necədir?

Dərc edilib: 12:38:35 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


Hansı sahədə işləməklə Azərbaycanda normal həyat sürmək olar?

Dərc edilib: 19:47:06 29/05/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


ƏN ÇOX BƏYƏNİLƏNLƏR

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Natamamlıq kompleksi
Dərc edilib: 15:04:34 05/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Emin Sabit oğlu Mahmudov
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ