Nizami simfoniyası

F. Әmirovun simfonik әsәrlәri sayca və әhәmiyyәtinә görә onun yaradıcılığının mühüm hissәsini tәşkil edir. Bәstәkarın məzmun, janr vә xarakter etibarilә müxtәlif olan bu әsәrlәrindә onun fәrdi, özünәmәxsus üslubu aydın şәkildә özünü göstәrir. Simfonik yaradıcılıqda F. Әmirovun tarixi xidmәti ondadır ki, o, milli folklor musiqisinin bәdii formalarını Avropa tәfәkkür prinsiplәri ilә üzvi surәtdә әlaqәlәndirməyә sәy göstәrmiş vә bir çox halda buna nail olmuşdur.

F. Әmirovun ilk simfonik әsәrlәri – Nizaminin xatirәsinә hәsr edilmiş “Poema” vә “Böyük Vәtәn müharibәsi qәhrәmanlarının xatirәsinә” әsәri müәllifin epik, lirik-dramatik obrazlılığa meylini vә onun melodik ifadәlilik baxımından böyük istedadını aşkar etmişdir.

Simli orkestr üçün yazılmış “Nizami” simfoniyası F. Әmirovun görkәmli әsәrlәrindәn biridir. Bәstәkarın yaradıcılığında Nizami poeziyasına maraq hәlә gәnc yaşlarında meydana gәlmişdir. Şairin poeziyası fәlsәfi ideyaların dәrinliyi, zәngin obrazlılığı, mәnәvi zәrifliyi, lirik hisslәrin çoxcәhәtliliyi ilә onun diqqәtini cәlb etmişdi. F. Әmirov 1941-ci ildә konservatoriyada oxuyan vaxtlarda böyük şairin xatirәsinә hәsr etdiyi simfonik poemasını, 1943-cü ildә “Gülüm” qәzәl-romansını, 1947-ci ildә isә simli orkestr üçün “Nizaminin xatirәsinә” simfoniyasını yazmışdır. B. M. Qorodinskinin fikrincә, “Nizaminin xatirәsinә” simfoniyası bu qәbildәn olan gözәl әsәrlәrdәn biridir. Simfoniyadakı son dәrәcә zәriflik, ifadә incәliyi, sәslәnmә sәmimiliyi kamera-instrumental musiqinin impressionist zәrifliyi ilә assosiasiyalar doğurur vә sanki impressionizm ruhunda çәkilmiş şәkli xatırladır. Özünә qarşı son dәrәcә tәlәbkar olan bәstәkar simfoniya üzәrindә dәfәlәrlә işlәmiş, onun ikinci vә üçüncü redaksiyalarını yaratmışdır. Ümumittifaq radio vә televiziyası Böyük simfonik orkestrinin dirijoru, RSFSR-in xalq artisti Kennadi Rojdestvenski yazmışdır: “Simfoniya yeni müәllif redaksiyasında daha da tәkmillәşmişdir: lirik boyalar daha yumşaq vә incә, faciәli epizodlar daha aydın vә ciddi olmuşdur. Әsәr zahiri tәmtәrağı, tembr muxtәlifliyi ilә deyil (o, çox sadә vә ciddi yazılmışdır, bütün yük simli alәtlәrin üzәrinә düşür), bәdii obrazlar alәminә meyli, insan taleyi üzәrindә dәrin fikrә dalması ilә rәğbәt qazanır”. Mәşhur bәstәkar R. Şedrin isә öz tәәssüratını belә ifadә etmişdir: “Mәn bu әsәri onun dәrin fәlsәfiliyinә, mürәkkәb psixoloji obrazlar alәminә, hәzin ciddiliyinә vә incә melodik gözәlliyinә görә çox sevirәm…”

“Nizaminin xatirәsinә” hәsr edilmiş simfoniya böyük şairin anadan olmasının 800 illiyi münasibәtlә yazılmışdır.

Simfoniyada Nizaminin ümumilәşmiş obrazı yaradılmışdır. Bәstәkar şarin obrazına ehtiramla yanaşır vә ona xüsusi münasibәt bәslәyir ki, bu da әsәrә sәmimilik, incәlik, gәnclik tәravәti, lirik hәrarәt vә romantik ruh verir. Eyni zamanda simfoniya özunün fәlsәfi mәnası vә lakonik ifadә tәrzi ilә diqqәti cәlb edir. Bu cәhәt son illәrdә yazılmış bir çox әsәrlәrin musiqisinә xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görә dә musiqidә ifadә olunan gizli hisslәr, düşüncәlәr, әhvalatlar da tәbii qavranılır. Simfoniya dörd hissәdәn ibarәtdir. Simfoniyanın birinci hissәsi müqәddimә ilә başlayır. Skertsodan ibarәt olan ikinci hissә dinlәyicinin diqqәtini zәrif valsın yaratdığı işıqlı, qayğısız atmosferә cәlb edir.

Bu hissәnin ilhamlı, poetik musiqisi xüsusi sәrbәstliyi ilә diqqәti cәlb edir. Azәrbaycanda vals janrını simfoniyaya (özü dә belә yüksәk poetik sәviyyәdә) ilk dәfә F. Әmirov daxil etmişdir.

Üçüncü hissә dәrin lirik düşüncәlәrdәn ibarәtdir. Nizaminin qәzәlindәn epiqraf kimi götürülmüş misralar bu hissәnin әsas mәnasını açır. Belәliklә dә bu hissәdә könüllәri fәth edәn, poetik, ülvi mәhәbbәt, fәdakarlıq, dәrin obrazlı fikir tәcәssüm etdirilir. Dördüncü hissәdә simfoniyanın әvvәlki hissәlәrindәn birinci (işlәnmә) hissәsinin başlanğıcından, musiqiyә ümumilәşdirici xarakter verәrәk bütün silsilәdә xüsusi bütövlük, vәhdәt yaradan ikinci hissәnin müqәddimәsindәn alınmış mövzular yenidәn sәslәnir. Son hissәnin geniş dinamiklәşdirilmiş kodası Nizami mövzusu әsasında şairin dahiliyinin tәsdiqi kimi verilir.

1963-cü ildә simfoniya Hans Roxnerin idarәsi ilә Leypsiq radiosu simfonik orkestri tәrәfindәn böyük müvәffәqiyyәtlә ifa edilmişdir. 1964-cü ildә F. Әmirov simfoniyanın yeni redaksiyasını işlәmiş vә әsәr hәmin ildә Moskvada, daha sonra Londonda sәslәnmişdir. Londonda F. Әmirovun “Nizami” simfoniyası ilә yanaşı, D. Şostakoviçin VIII simfoniyası vә S. Prokofyevin fortepiano ilә orkestr üçün 3-cü konserti dә ifa edilmişdir



Dərc edilib: 16:22:59 18/12/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT


İlk bəyənən siz olun.
İlk şərh yazan siz olun.Bu məqalə 8589934588 dəfə oxunub.

ŞƏRHLƏR

Şərh yaza bilmək üçün hesabınıza daxil olmalısınız.
ƏLAQƏLİ MƏQALƏLƏR

Arif Məlikov

DÜnya şöhrətli bəstəkar SSRİ xalq artisti canlı tarix Arif Məlikov yaradıcılığına bir nəzər

Davamını oxu...
Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

Emin Sabit oğlu Mahmudov

Böyük bəstəkar Emin Sabitoğlunun Azərbaycan musiqi tarixində rolu əvəzolunmazdır. Onun mahnı janrında yazdığı əsərlər dahi bəstəkara ölməzlik gətirmişdir.

Davamını oxu...
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

Flora Kərimova

Azərbaycanın ilk xalq artisti Flora Kərimovanın keçdiyi 70 illik mənalı maraqlı ömürə bir baxış.

Davamını oxu...
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

LİNKLƏR

DƏRSLİK
ŞƏKİL
MUSİQİ
MARAQLI


SON MƏQALƏLƏR

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Rəssam qınanır?!
Dərc edilib: 22:06:11 22/01/2014
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qonşudan qız almaram.
Dərc edilib: 11:53:18 21/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Natamamlıq kompleksi
Dərc edilib: 15:04:34 05/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

İslam "Qərb"ə qarşı və ya əxlaqla əxlaqsızlığın savaşı
Dərc edilib: 10:53:54 12/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: SİYASİ

Adnan Menderes
Dərc edilib: 19:24:58 18/02/2013
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX


ƏN ÇOX OXUNANLAR


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Kim-kimə pul "atıb"?
Dərc edilib: 23:33:13 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: MARAQ və MƏNTİQ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

KATEQORİYALAR

MƏDƏNİYYƏT
SOSİAL-İCTİMAİ
TARİX
ƏDƏBİYYAT
MARAQ və MƏNTİQ
İBRƏTAMİZ
FƏLSƏFİ
MÜHARİBƏ
SİYASİ
YUMOR


SON SORĞULAR

İnternetdən daha çox nə üçün istifadə edirsiniz?

Dərc edilib: 18:34:33 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 3


Ən çox hansı filmlərə baxırsınız?

Dərc edilib: 12:55:40 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 2


Azərbaycanda ali təhsilin səviyyəsi necədir?

Dərc edilib: 12:38:35 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


Hansı sahədə işləməklə Azərbaycanda normal həyat sürmək olar?

Dərc edilib: 19:47:06 29/05/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


ƏN ÇOX BƏYƏNİLƏNLƏR

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Emin Sabit oğlu Mahmudov
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Arif Məlikov
Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Məmməd Əmin Rəsulzadə və demokratiya!
Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT