Məmməd Əmin Rəsulzadə və demokratiya!

Məmməd Əmin Rəsulzadənin mübarizəsi zülmə, ədalətsizliyə qarşı yönəlmişdi; o, Azərbaycanı müstəqilliyə qovuşdurmaq, insanları cəhalətdən oyandırmaq, demokratik dəyərlər üzərində azad cəmiyyət qurmaq uğrunda mübarizə aparırdı. Bu mübarizəyə hələ gənc yaşlarından başlamışdı.

Rəsulzadə 18 yaşı tamam olmamış – 1902-ci ildə gizli «Müsəlman Gənclik Təşkilatı»nı yaratdı. Təşkilat Çar Rusiyasının müstəmləkə rejiminə qarşı yönəlmişdi və Azərbaycanda müstəmləkə rejiminə qarşı ilk siyasi təşkilat idi. Müstəmləkə imperiyasına qarşı belə bir təşəbbüs göstərmək böyük cəsarət tələb edirdi, amma Rəsulzadənin gözlərində heç zaman qorxu olmamışdı, o, öz mütərəqqi ideyalarını həyata keçirmək üçün hər cür təhlükəni hələ gənc yaşlarından gözə almışdı.

Bir müddətdən sonra «Hümmət» qəzetini təsis etdi və çarizmə qarşı ideyalarını yaymağa başladı. Qəzet tezliklə fəhlələr arasında geniş yayıldı və öz təsirini göstərməyə başladı.

Bu illər ərzində Məmməd Əmin mübarizəsini daha da genişləndirdi. 1903-cü ildə «Şərqi-Rus» qəzetində «Müxəmməs» adlı şeiri çap olundu. Şeir xalqa «elmdən qaçma, onu öyrən» müraciəti ilə yazılmışdı. Məmməd Əmin xalqı elm öyrənməyə çağırırdı.

O, müxtəlif qəzetlərdə müəllif yazıları yazırdı. Rəsulzadənin 1903-1920-ci illər ərzində dövri mətbuatda 1200-dən çox müxtəlif janrda yazıları dərc olunub. Bu məqalələrində o, ən çox azadlıqdan, milli istiqlaldan yazırdı. Həmin dövrdə Çar Rusiyasına qarşı ən kəskin çıxış edənlərin önündə Rəsulzadə gəlirdi. Məmməd Əmin Çar Rusiyası rəsmilərinin azadlıq vədlərinin oyun olduğunu, baş aldatmaq üçün ortaya atıldığını deyirdi. Yazılarından birində Rəsulzadə çarizmin xalqlara azadlıq vədinə belə qiymət vermişdi: «Bu, yalnız kağızlarda yazılıb həyatda heç zaman görünməyən hürriyyətdir. Hürriyyət belə olmur. Hürriyyət azad olmaq deməkdir. Lakin gəlin görək mövcud qanunlar daxilində bu mümkündürmü? Hürriyyət yalnız quru sözdən ibarət deyil. O, həyatda əməli halda görünməlidir. Hürriyyətin mənası dərindir. O, həyatın, insan fəaliyyətinin müxtəlif sahələrində görünməlidir. Bu sözün işığı o qədər qüvvətli və parlaqdır ki, üstündəki qaranlıq pərdəni götürəndə bütün zülmətlərə işıq saçır. Rusiyada hürriyyət yoxdur. Buradakı hürriyyət qaranlıq pərdəyə bürünüb və hökumət heç zaman onun işığını camaata göstərməz. Çünki hürriyyət işığını görüb gözlərinə nur, qollarına qüvvət yığan adamlar ayağa qalxıb ilkin olaraq bu işığın qarşısını tutanları yox edəcəklər…»

Məmməd Əmin insan azadlığını 5 formada izah edir:

- söz azadlığı;

- mətbuat azadlığı;

- cəmiyyət və ittifaq azadlığı;

- vicdan azadlığı;

- malın və canın mühafizə olunması azadlığı (mülkiyyət azadlığı – red.).

1908-ci ildə Rəsulzadənin «Qaranlıqda işıqlar» tamaşası səhnəyə qoyuldu. Bu əsərində o, müstəqillik uğrunda mübarizəni təbliğ edirdi, bir müddətdən sonra «Nagəhan bəla» əsəri də səhnələşdirildi. Məmməd Əminin ədəbi fəaliyyəti bununla yekunlaşmadı və sonradan o, daha bir neçə inqilabi əsər yazdı.

İki imperiyanın düşməni

Artıq Rəsulzadə imperializm «qoçu»larının təzyiq və təhdidləri ilə üzləşməyə başlamışdı. Bu səbəbdən 24 yaşlı Məmməd Əmin ölkəni tərk edərək, İrana mühacirət etmək məcburiyyətində qaldı. Amma o, öz inqilabi fəaliyyətini burada da davam etdirdi. 1908-1911-ci illərdə Güney Azərbaycanda İran şahlıq idarə üsuluna qarşı başlamış məşrutə inqilabında fəal iştirak etdi və milli-demokratik oyanışının əsas rəhbərlərindən biri oldu. 1910-cu ildə Güney ziyalıları ilə birgə İran Demokrat Partiyasının əsasını qoydu. Partiyanın orqanı kimi «İranenou» («Yeni İran») qəzeti çap edilməyə başladı. Məmməd Əmin qəzetin baş redaktoru oldu. Müasirlərinin də etiraf etdiyi kimi, Modern Avropa qəzetçilik məsləkini İrana gətirən və inkişaf etdirən Məmməd Əmin Rəsulzadədir.

Həmin illərdə onun burda bir çox kitabları nəşr edilib.

İran məclisinin sədri olmuş Seyid Həsən Tağızadə Məmməd Əmin haqda yazırdı: «Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqaladə namdar insanlardan biri idi…

Böylələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən – həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz…»

Uzun sürən azadlıq davasından sonra Rusiya və İran imperiyası birləşib inqilabı məğlub etdi. Məşrutə hərəkatı süqut etdi.

Məmməd Əmin artıq Güneydə qala bilməzdi. O, iki imperiyanın vahid düşməninə çevrilmişdi. Onun növbəti dayanacağı Türkiyə idi. Məmməd Əmin «Türk ocağı» adlı təşkilata üzv oldu və fəaliyyət göstərməyə başladı. O, burada da müxtəlif qəzetlərdə çalışır, məqalələr yazırdı. Məmməd Əminin Türkiyədəki fəaliyyəti əsasən Güney Azərbaycanın müstəqilliyi ilə bağlı idi. O, Güney Azərbaycan türklərinin səsini türk dünyasına çatdıran ilk insan idi.

Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə mühacirlər dövlət tərəfindən əfv olundu və Azərbaycan qayıda bildi.

Bakıya gələr-gəlməz, 1911-ci ildə yaradılan Müsavat Partiyasına üzv oldu. Özündə böyük mütərəqqi ideyalar daşıyan bu partiya Azərbaycanda ilk demokratik siyasi təşkilat idi və vətənin müstəqilliyi, millətin xoşbəxtliyini istəyənləri öz ətrafına toplamışdı. Partiyanın xalq içində böyük nüfuzu vardı. Çox keçmədi ki, Rəsulzadə partiyanın liderinə çevrildi.

Uzun sürən mübarizədən sonra nəhayət, 1915-ci ildə «Açıq söz» qəzetini buraxmaq üçün icazə al bildi. Qəzet əsasən azadlığı, türkçülüyü təbliğ edirdi.

Bu illər ərzində Məmməd Əmin öz inqilabi fəaliyyətini yüksək səviyyədə davam etdirirdi.

Nəhayət, 1917-ci il Sosialist Oktyabr İnqilabından sonra Çar Rusiyası süquta uğradı.

İnsanlara hürriyyət, millətlərə istiqlal!

Artıq Azərbaycanın müstəqil olması üçün tarixi şans yaranmışdı və bundan istifadə etmək lazım idi. Elə bu məqsədlə Məmməd Əmin və silahdaşları hərəkətə keçdilər.

Rusiyada sosialistlər hakimiyyətə gəlmişdilər, bu, öz müstəqilliklərini elan etmək istəyən qonşu dövlətlərə qarşı potensial təhlükə idi. Azərbaycan bu təhlükədən qorunmaq məqsədi ilə Gürcüstan və Ermənistanla koalisiya qurdu, amma bütün bunlar müsbət nəticə vermədi və ölkələr koalisiyadan çıxdılar.

1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi, bununla Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir mübarizənin məntiqi sonluğu – əsl qələbə idi!

Milli Şura tam hüquqlu Azərbaycan milli hökumətinin yaradılması ilə bağlı qərar çıxardı və 6 bənddən ibarət «İstiqlal bəyannaməsi»ni elan etdi.

Azərbaycan Milli Şurasının qəbul etdiyi «İstiqlal Bəyannaməsi»ndə deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı həqiqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.

«İstiqlal Bəyannaməsi» elan olunduqdan sonra Milli Şura Azərbaycan hökumətinin yaradılmasını Fətəli xan Xoyskiyə tapşırdı.

M. Ə. Rəsulzadə 1953-cü il mayın 28-də «Amerikanın Səsi» radiosu ilə Azərbaycan xalqına müraciətində deyirdi: «…35 il əvvəl, 100 il sürən çar əsarətindən sonra Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə meydana atılmışdır… 28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi».

Azərbaycan Xalq Cümhuriyyəti tezliklə demokratik islahatlara başladı. Azərbaycanın 3 rəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu. Şərqdə ilk dəfə olaraq qadına seçmə və seçilmə hüququ verildi (AXC qadına bu hüququ hətta Amerika Birləşmiş Ştatlarından da öncə verib – red.) 1918-ci ildə Şərqdə ilk demokratik parlament öz işinə başladı. Məktəblər milliləşdi, yeni müəllim kursları və məktəblər açıldı. Bakı Dövlət Universiteti təsis edildi.

Nəhayət, 1920-ci ilin dekabrında Parisdə beynəlxalq konfransda Azərbaycanın mütəqilliyi de-fakto tanındı. Artıq Azərbaycan xarici dövlətlər tərəfindən rəsmən tanınan müstəqil dövlət idi. Bu, Məmməd Əminin başçılığı ilə Azərbaycan ziyalılarının ən böyük qələbəsi idi. Təəssüf ki, müstəqil respublika cəmi 23 ay yaşadı. 1920-ci il aprelin 28-də Sovet qoşunları Azərbaycanı işğal etdi.

Xalq Cümhuriyyətinin ideoloqlarına və fəallarına divan tutuldu, onların çoxu qətlə yetirildi, repressiyaya uğradı- sürgün edildi, həbsə atıldı. Bu amansız repressiya 1937-ci ilədək qədər davam etdi.

Bütün bunlara rəğmən, Xalq Cümhuriyyəti Azərbaycan tarixində mühüm rol oynadı. AXC olmasaydı, Azərbaycan SSR adlı sovet respublikası da olmayacaqdı

Rəsulzadəni isə Stalin xilas etdi, çünki onun Məmməd Əminə can borcu vardı. Stalin 1904 – cü ildə Bakıda fəhlələri tətilə çağırarkən, mülkədarlar onu tutub neft quyusuna atmaq istəmişdilər, bu zaman isə onun həyatını Məmməd Əmin xilas etmişdi.

Amma Rəsulzadə Stalinin qəyyumluğunu qəbul etmədi, öz mübarizəsini davam etdirmək üçün Moskvadan qaçdı.

Xeyli müddət mühacirətdə yaşadı, amma öz azadlıq mübarizəsindən bir an belə dönmədi.

O, heç zaman Hitlerin faşist ideyalarını qəbul etməmişdi, millətçiliyin belə formasına qarşı idi («Əsrimizin Siyavuşu» kitabında Rəsulzadə millətçilik haqqında düşüncələrini yazıb və daha çox liberal- millətçi olduğunu ifadə edib), ancaq millətinin istiqlalını əzazillikdə faşist Almaniyasından geri qalmayan Sovet Rusiyasının süqutunda görürdü. Məhz bu səbəbə görə Hitler Almaniyası ilə danışıqlara getdi, amma hər dəfə Azərbaycanın müstəqillik ideyalarını almanlara qəbul etdirmək istədiyindən nasistlərlə danışıqlar yarımçıq kəsilirdi.

Amma almanlar danışıqların davam etməsində israrlı idilər.

Sonda Rəsulzadə Almaniyadan Ruminiyaya, oradan da Türkiyəyə mühacirət etdi. Məmməd Əmin Azərbaycanın müstəqilliyi davasını Türkiyədə də son nəfəsinəcən davam etdirdi. Çünki Azərbaycanın gələcək müstəqilliyini aydın görürdü: «Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hansı rəngə girirsə girsin, meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar!»

Doğrudan da, Rəsulzadənin vəfatından 36 il keçəndən sonra Azərbaycan yenidən müstəqil oldu və özünün üç rəngli bayrağını göylərə qaldırdı. Azərbaycan özünün bu günki müstəqilliyinə görə Məmməd Əmin kimi böyük insanlara borcludur.


Dərc edilib: 14:00:20 11/07/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX


1 nəfər bunu bəyənir.
Bu məqaləyə 1 şərh yazılıb.Bu məqalə 10737418235 dəfə oxunub.

ŞƏRHLƏR

Rəşad Həsənov deyir: "Heyif ki, dövlətimiz belə biş şəxsiyyətə layiq olduğu dəyəri hələ də vermir."
Göndərib: 14:09:26 11/07/2012

Şərh yaza bilmək üçün hesabınıza daxil olmalısınız.
ƏLAQƏLİ MƏQALƏLƏR

Adnan Menderes

Demokratik partya dönəmində Türkiyyə Cümhuriyyətində baş nazir Adnan Menderes haqqında qısa xülasə.

Davamını oxu...
Dərc edilib: 19:24:58 18/02/2013
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov

LİNKLƏR

DƏRSLİK
ŞƏKİL
MUSİQİ
MARAQLI


SON MƏQALƏLƏR

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Rəssam qınanır?!
Dərc edilib: 22:06:11 22/01/2014
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qonşudan qız almaram.
Dərc edilib: 11:53:18 21/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Natamamlıq kompleksi
Dərc edilib: 15:04:34 05/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: SOSİAL-İCTİMAİ

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

İslam "Qərb"ə qarşı və ya əxlaqla əxlaqsızlığın savaşı
Dərc edilib: 10:53:54 12/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: SİYASİ

Adnan Menderes
Dərc edilib: 19:24:58 18/02/2013
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: TARİX

Nizami simfoniyası
Dərc edilib: 16:22:59 18/12/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT


ƏN ÇOX OXUNANLAR


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:


Dərc edilib: 04:00:00 01/01/1970
Yazar:
Redaktor:
Kateqoriya:

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Kim-kimə pul "atıb"?
Dərc edilib: 23:33:13 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: MARAQ və MƏNTİQ

Vannada çimməyin əhəmiyyəti
Dərc edilib: 11:00:49 04/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: YUMOR

Alın yazısı
Dərc edilib: 22:36:55 25/03/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Qadınsız dünya
Dərc edilib: 18:38:26 05/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: ƏDƏBİYYAT

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

KATEQORİYALAR

MƏDƏNİYYƏT
SOSİAL-İCTİMAİ
TARİX
ƏDƏBİYYAT
MARAQ və MƏNTİQ
İBRƏTAMİZ
FƏLSƏFİ
MÜHARİBƏ
SİYASİ
YUMOR


SON SORĞULAR

İnternetdən daha çox nə üçün istifadə edirsiniz?

Dərc edilib: 18:34:33 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 3


Ən çox hansı filmlərə baxırsınız?

Dərc edilib: 12:55:40 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 2


Azərbaycanda ali təhsilin səviyyəsi necədir?

Dərc edilib: 12:38:35 03/06/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


Hansı sahədə işləməklə Azərbaycanda normal həyat sürmək olar?

Dərc edilib: 19:47:06 29/05/2012
Müəllif: Rəşad Həsənov  Aktivlik: 4


ƏN ÇOX BƏYƏNİLƏNLƏR

Keyfiyyətlərimiz və həyat
Dərc edilib: 23:58:13 31/05/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Flora Kərimova
Dərc edilib: 00:13:00 01/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Xoşbəxt ola bilərmi?
Dərc edilib: 19:40:25 20/10/2013
Yazar: Rəşad Həsənov
Redaktor: Taciyə Mehdisoy
Kateqoriya: ƏDƏBİYYAT

Qırmızı vedrə
Dərc edilib: 17:49:50 07/11/2013
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: İBRƏTAMİZ

Dürdanə - əsirlikdən ruhu bakirə qayıdan qadın.
Dərc edilib: 21:24:24 28/02/2021
Yazar: Taciyə Mehdisoy
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MÜHARİBƏ

Emin Sabit oğlu Mahmudov
Dərc edilib: 00:34:17 02/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Arif Məlikov
Dərc edilib: 09:20:58 12/06/2012
Yazar: Akif Vəlizadə
Redaktor: Rəşad Həsənov
Kateqoriya: MƏDƏNİYYƏT

Qorxunun iki üzü
Dərc edilib: 23:31:40 10/06/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ

Məhəbbət ağacı
Dərc edilib: 11:52:00 12/07/2012
Yazar: Rəşad Həsənov
Redaktor: Akif Vəlizadə
Kateqoriya: FƏLSƏFİ